İlham Əliyev Belçika Baş nazirinin müavinini qəbul etdi

28 Aprel 2015 18:03 (UTC+04:00)

AZNEWS.AZ xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Belçika Krallığı arasında ikitərəfli əlaqələrin inkişafının razılıq doğurduğu bildirilib, əməkdaşlığımızın genişləndirilməsində qarşılıqlı marağın olduğu qeyd edilib, Belçika şirkətlərinin ölkəmizdəki uğurlu fəaliyyətinin önəmi vurğulanıb, Avropa Şurası Nazirlər Komitəsinin sədri, Belçika Krallığı Baş nazirinin müavini, xarici işlər, xarici ticarət və inkişafa yardım naziri Didier Reindersin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığı bildirilib.
Söhbət zamanı qeyri-neft sektoru, mədəniyyət, viza verilməsinin sadələşdirilməsi, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.