İran ABŞ gəmisini saxladı

28 Aprel 2015 21:03 (UTC+04:00)

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə "Əl Ərəbiyyə" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, saxlanılan gəminin göyərtəsində 34 ABŞ vətəndaşı var. Hazırda gəmi Bəndər Abbas limanına müşayiət edilir.

Məlumatda ABŞ gəmisi saxlanılarkən İran Hərbi-Dəniz Qüvvələri tərəfindən atəş açıldığı qeyd olunub.

İran mətbuatı qeyd edir ki, Amerika gəmisi İranın ərazi sularına keçdiyinə görə saxlanılıb.