Salyanda ikimərtəbəli ev külə döndü

1 May 2015 08:59 (UTC+04:00)

AZNEWS.AZ FHN-in saytına istinadən xəbər verir ki, hadisə rayonun Kərimbəyli kəndində qeydə alınıb.

Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 660 kv.m olan ikimərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Bitişik ev yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.