ABŞ Hörmüz boğazına hərbi eskort göndərir

1 May 2015 09:11 (UTC+04:00)

AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb.

Məlumata görə, çərşənbə axşamı Marşal adalarının bayrağı altında hərəkət edən Maersk Tigris Danimarka yük gəmisini İranın patrul katerləri saxlayıb.

Tehran gəminin saxlanmasını onun sahibinin İran şirkətinə kompensasiyaları ödəməməsi ilə izah edib.

Bəzi İran KİV-ləri səhvən xəbər verirdilər ki, məhz Maersk Tigris Amerika bayrağı altında hərəkət edir.


ABŞ hökuməti bu insidentin boğazda olan bütün gəmiçiliyə təsir edə biləcəyindən narahatlıq ifadə edir və ehtiyat edir.

Dünyada dəniz vasitəsilə olan neft ixracatının üçdə birindən çoxu Hörmüz körfəzinin payına düşür. Boğazı şimaldan İran ərazisi, cənubdan isə BƏƏ və Oman əhatə edir.