“Hər yerində ağdərili polisləri öldürün” - ABŞ çalxalanır

1 May 2015 13:24 (UTC+04:00)
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "New York Daily News" nəşri yayıb.
Həbs edilən 33 yaşlı Eboni Dikkens özünün Facebook səhifəsində paylaşdığı statusuna görə ittiham edilir.

O, bütün ölkədə ağdərili polislərin öldürülməsini təklif edib: "ABŞ-ın qaradərili insanları ayağa qalxaraq ölkədəki bütün ağdərili polisləri güllələməlidirlər. Elə sabah mən 15 polisi öldürə bilərəm".



Qeyd edək ki, ABŞ –da etiraz dalğası Baltimor şəhərindən başlayıb.

Burada Freddi Qrey adlı qaradərili gənc polis tərəfindən saxlanıldıqdan sonra belindən aldığı zədələrə görə dünyasını dəyişib. Bu isə ölkədə qaradərililərin etirazına səbəb olub.