Etirazçıları dəyənəklə döydülər – İstanbulda

1 May 2015 17:06 (UTC+04:00)

AZNEWS.AZ xəbər verir ki, bu olay Beşiktaş meydanına yaxın ərazidə qeydə alınıb.
Magistral küçələrdə bir qrup şəxs polislərə daş atıb. Polis isə ərazini təmizləmək üçün göz yaşardıcı qazdan və təzyiqli sudan istifadə edib.

Etirazçılar zibil konteynerlərini devirərək barrikada qurub. Çevik polis qüvvələrinin təzyiqindən sonra isə onlar ara küçələrə qaçıblar.