Zakir Həsənov hərbi hissələri yoxladı - VİDEO

1 May 2015 18:01 (UTC+04:00)
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi hissələrdə aparılan əsaslı tikinti işlərinin gedişatı ilə maraqlanıb.

Nazirliyin rəhbərliyi əvvəlcə hərbi şəhərciklərdə zəruri infrastrukturla yanaşı müasir tələblərə cavab verən, bütün məişət şəraiti ilə tam təmin edilmiş ailəli hərbi qulluqçular üçün inşa edilən mənzillərə baxış keçirib.

Sonra inşası davam etdirilən müasir tipli qərargah binası, əsgər yeməkxanası, kazarma, subay hərbiçilər üçün yataqxana kompleksi, qazanxana-camaşırxana və digər inzibati obyektlərdə olan müdafiə naziri işlərin qısa müddətdə sona çatdırılması üçün müvafiq tapşırıq və tövsiyələrini verib.