“Real Sosyedad” 3 xalı 3 qolla qazandı - VİDEO

2 May 2015 09:04 (UTC+04:00)

AZNEWS.AZ xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

"Real Sosyedad" öz meydanında "Levante"ni qəbul edib və 3:0 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, bu gün iki maraqlı oyun keçiriləcək.

"Kordoba" Barselona"nı, "Sevilya" isə "Real Madrid"i qəbul edəcək. Bu oyunlarda liderlərin xal itirməsi çempionluq uğrunda büdrəməsi hesab edilə bilər. Bu baxımdan hər iki matç azarkeşlər tərəfindən böyük maraqla gözlənilir, ancaq kataloniyalıların autsayderi məğlub edəcəyi şübhə doğurmur. Bu sözü isə "Sevilya" – "Real" oyunu haqda demək çox çətindir.

Tura mayın 4-də son veriləcək.

1 may

İspaniya La Liqası, 35-ci tur
"Real Sosyedad" – "Levante" – 3:0
Qollar: Finboqason, 13, Beqara, 51, Vela, 86

2 may
"Kordoba" – "Barselona"
"Atletiko" (Madrid) – "Atletik" (Bilbao)
"Sevilya" – "Real"
"Deportivo" – "Vilyareal"

3 may
"Espanyol" – "Rayo Valenakano"
"Xetafe" - "Qranada"
"Valensiya" – "Eybar"
"Malaqa" – "Elçe"

4 may
"Almeriya" - "Selta Viqo"