Hersoginya xəstəxanaya aparıldı – II Yelizavetanın nəticəsi olacaq

2 May 2015 11:15 (UTC+04:00)

AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Kensinqton Sarayı özünün Tvitter səhifəsində yazıb.

"Bu gün səhər tezdən Kembric hersoginyası Keyt Londonun Paddinqton bölgəsindəki Müqəddəs Mariya hospitalına aparılıb. O, yeni körpə dünyaya gətirəcək", - deyə Kensinqton Sarayında bildiriblər.

Uels şahzadəsi Çarlz da nəvəsinin anadan olacağı haqda açıqlama verib.

Qeyd edək ki, Keyt Midlton Böyük Britaniya Kraliçası 2-ci Yelizavetanın nəvəsi şahzadə Uilyamın həyat yoldaşıdır.