Vəfa Quluzadə bu gün dəfn olunacaq

2 May 2015 12:18 (UTC+04:00)

AzNews.az xəbər verir ki, V.Quluzadənin cənazəsi "Qış bulvarı"nın yaxınlığında, yaşadığı evdən götürüləcək.

Mərhum politoloq Bakının Yasamal rayonundakı qəbiristanlıqda torpağa tapşırılacaq.

Xatırladaq ki, V. Quluzadənin bu gecə səhhəti qəflətən pisləşib. Bakıdakı xəstəxanalardan birinə yerləşdirilən politoloqun ürəyində şuntlama əməliyyatı keçirilib.

Palataya gətirildikdən sonra onun səhhətində yenidən problem yaranıb və o, dünyasını dəyişib.