Nepalda daha bir güclü zəlzələ

2 May 2015 12:35 (UTC+04:00)
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "lifenews" telekanalı ABŞ-ın Geoloji Xidmətinə istinadən yayıb.

Bu gün Bakı vaxtı ilə səhər saat 9.35-də qeydə alınan 5 ballıq zəlzələnin episentri Katmandu şəhərindən 93 km şimal-qərbdə yerin 10 metr dərinliyində olub.

Ölən və yaralanan haqda bilgi verilmir.

Aprel ayının 25-də baş verən 7.9 ballıq ilk zəlzələ də Katmandu şəhərinin yaxınlığında olub.