Avropa Oyunları könüllüləri üçün - Yeni yarış

4 May 2015 18:18 (UTC+04:00)
AzNews.az xəbər verir ki, yarışın adı "Flamekeepers Fun Run"dır. Departamentdən verilən məlumata görə, bu yarışa qoşulan və qalib olan könüllülərə Bakı 2015 Avropa Oyunları könüllülər departamentindən dəyərli hədiyyələr veriləcək. Yarış 11 may saat 09:00-da Dənizkənarı Bulvarda keçiriləcək və hər kəs yarışmaya qoşula bilər

Yarışmanın şərtlərini təqdim edirik:

- Yarışmada iştirak üçün öncədən ad soyad və şəxsiyyət vəsiqəsinin nömrəsini Baku 2015 Volunteers - Official səhifəsinin inbox-una göndərilməlidir.

- Yarışın başlanğıc nöqtəsi Dənizkənarı Bulvarın başlanğıcı - Dəniz limanın yanındandır. Yarışın son nöqtəsi (finish) - Bayraq meydanının yanı.
Qeyd edək ki, yarışda iştirak etməyənlərd ə finish xəttində müxtəlif müsabiqələrə qatılmaqla hədiyyələr qazana biləcəklər.