“Yuventus“ bu gün “Real Madrid”i sınağa çəkəcək

5 May 2015 09:09 (UTC+04:00)

AZNEWS.AZ Qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.

Turində "Yuventus" və "Real" (Madrid) üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xatırladaq ki, bu komandalar sonuncu dəfə 2002/2003 mövsümünün yarımfinalında qarşılaşıblar. Həmin dueldən "Yuventus" iki oyunun nəticəsinə görə 3:2 hesabı ilə qalib ayrılaraq finala yüksəlmişdi.
Qeyd edək ki, yarımfinal digər oyunu sabah "Barselona" və "Bavariya" arasında keçiriləcək.

5 may
Çempionlar Liqası, yarımfinalın ilk oyunları
23:45. "Yuventus" (İtaliya) - "Real" (Madrid, İspaniya)

6 may
"Barselona" (İspaniya) - "Bavariya" (Almaniya)