AzTV sədrinin müavinləri işdən çıxarıldı - Prezident sərəncamı

5 May 2015 15:17 (UTC+04:00)
AzNews.az-a daxil olan məlumata görə, prezident İlham Əliyevin sərəncamı ilə sədrin radio üzrə müavini Cavanşir Cahangirov, sədrin televiziya üzrə müavini Faiq Hüsiyev işdən azad ediliblər.

AzTV, "Mədəniyyət" və "İdman Azərbaycan" televiziyalarının baş direktoru Elsevər Dünyamalıyev Arif Alışanovun radio məsələləri üzrə müavini təyin edilib. Rəşad Nəsirov isə televiziya məsələləri üzrə müavini olub.