Goranboy rayon sakinini ilan sanсdı

5 May 2015 21:43 (UTC+04:00)


APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə bu gün rayonun Şadılı kəndində qeydə alınıb. Kənd sakini, 1976-cı il təvəllüdlü Anar Zaməddin oğlu Abbasov həyətyanı sahəsində işləyərkən ilan onun ayağından sancıb. O dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. A. Abbasovun vəziyyətinin ağır olduğu bildirilir.