Litvada Birinci Avropa oyunlarını TV6 telekanalı yayımlayacaq

5 May 2015 22:34 (UTC+04:00)


Kontrakta görə, yayım hüququ TV6 kanalına məxsus olan şirkətə verilib.

TV6 basketbol, xokkey, Formula-1 üzrə əsas yarışları yayımlayan populyar idman telekanalıdır. Keçən il kanal auditoriya üzvlərinin sayına görə ölkənin beş ən populyar kanalı sırasına daxil edilib.

Litva Olimpiya Komitəsində AZƏRTAC-ın xüsusi müxbirinə bildiriblər ki, Bakıda keçiriləcək Birinci Avropa Oyunlarında Litvanı idmanın 9 növü üzrə 71 idmançı təmsil edəcək.