Anar Qədirli işdən azad olundu

5 May 2015 23:49 (UTC+04:00)

"AZERFAX"ın(AFA) əldə etdiyi məlumata görə, A.Qədirli işdən getmək barədə bu gün ərizə yazıb. Səhiyyə naziri Oqtay Şirəliyev onun ərizəsini qəbul edib.

A.Qədirli sayta açıqlamasında işdən getdiyini təsdiqləyib.

Məlumata görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat da olub. Bu posta kimin təyin olunduğu açıqlanmayıb.