“Həyatımda ad günü keçirmək ənənəsi yoxdur” - Firudin Cəlilov

6 May 2015 10:40 (UTC+04:00)

Firudin Cəlilov ad günü təəssüratlarını AzNews.az-la bölüşüb.

Tanınmış dilçi alim daha çox dostlarından təbrik aldığını deyib: "Dünən axşamdan çoxlu təbriklər gəlir. Sağ olsunlar, ancaq mən heç vaxt ad günümü qeyd etməmişəm. Həyatımda belə bir ənənə yoxdur."

Qeyd edək ki, Firudin Ağasıoğlu Cəlilov 1947-ci ildə Qərbi Azərbaycanın Vedibasar mahalında doğulub. Türkologiyaya, türk dillərinin morfonologiyasına dair tədqiqatların müəllifidir. Ali Sovetin (1991-1995) deputatı olub.

1991-ci ilin dekabrında Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının Təhsil, elm, mədəniyyət və din məsələləri komissiyası daimi komissiyasının sədri vəzifəsinə seçilib. 1992-ci ildə Milli Məclisində təşkil olunmuş Təhsil, elm, din və mədəniyyət məsələləri komissiyasına üzv təsdiq olunub.

1992-ci ildə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilib. 1993-cü ildə Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili naziri təyin olunub və Azərbaycan Respublikasının Ali və Orta İxtisas Təhsili Nazirliyinin ləğv edilməsi ilə əlaqədar olaraq 2 sentyabr 1993-cü ildə həmin vəzifədən azad edilib.

Bahar RÜSTƏMLİ
AzNews.az