“53 qadın cinsi istismara məruz qalıb” - Mehriban Zeynalova

6 May 2015 13:38 (UTC+04:00)
6 may 2004-cü ildə Azərbaycan Respublikasının prezidenti tərəfindən ilk dəfə "İnsan Alverinə Qarşı Mübarizə" ilə bağlı fərman imzalanıb. Bu fərman Azərbaycanda insan alverinə qarşı mübarizənin başlanmasını elan edib.

"Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova rəhbərlik etdiyi təşkilatın bununla bağlı gördüyü işlərdən danışıb. Fikirlərini AzNews.az-la bölüşən Mehriban Zeynalova insan alverinin mürəkkəb bir proses olduğunu vurğulayaraq deyib ki, uzun müddət insanlar bu alverin mahiyyətini anlaya bilməyib: "Azərbaycanda insan alveri daha çox qadın alveri kimi gündəmə gəlib. Bu da mübarizənin daha operativ aparılmasına maneçilik törədib. Düşüncələrdə qadın alveri fahişəliklə eyniləşdirilirdi və nəticədə buna qarşı mübarizə də bir az çətin aparılırdı, çünki insanların bu mövzuda məlumatı az idi, qurbanların özləri də müraciət etməkdə çətinlik çəkirdi. Sonra bu sahədə çox ciddi işlər görüldü. Qurbanların müəyyənləşməsi, onların reabilitasiyası sahəsində lazımi addımlar atıldı".

Sədr 2013-cü ildə 56, 2014-cü ildə isə 53 qadının cinsi istismara məruz qaldığını açıqlayıb.

M.Zeynalova əlavə edib ki, insan alverinə qarşı mübarizədə "Azərbaycan Miqrasiya Mərkəzi", "Azərbaycan Uşaqlar Birliyi" və "Təmiz Dünya" İctimai Birliyi mühüm rol oynayıb.

Bahar RÜSTƏMLİ
AzNews.az