Ebru Gündeş alış-verişə 232 min manat xərclədi - 1 saat ərzində

6 May 2015 14:03 (UTC+04:00)

AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı HT jurnalı yayıb.

Məlumata görə, ünlü sənətkar gecə saat 23.00-da Rza Zarrabla birlikdə bir alış-veriş mərkəzinə gəlib və bir saat ərzində 600 min lirə (232 min 550 manat) xərcləyib.

Məşhur müğənni ailəsi və özü üçün dünyaca məşhur brendlərin yay geyimlərindən alıb.


Ebru Gündeş ötən qış da bir başqa lüks mağazada 400 min lirə (154 min 917 manat) xərcləmişdi.

Qeyd edək ki, Ebru Gündeş və Rza Zərrab bu ilin ilk günlərində Demet - Okan Kurt cütlüyü ilə Milana gedərək xeyli alış-veriş ediblər.