Prezidentdən Afaq Bəşir qızı ilə bağlı - Sərəncam

6 May 2015 18:52 (UTC+04:00)
Azərbaycan Prezidenti İlham Əliyev A.B. Səfərovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.


AzNews.az xəbər verir ki, sərəncamda deyilir:

1. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Afaq Bəşir qızı Səfərovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.