Zakir Həsənov Türkiyənin ordu generalları ilə görüşdü- FOTOLAR

6 May 2015 19:35 (UTC+04:00)


Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, nazir sərgidə nümayiş etdirilən Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müxtəlif təyinatlı məmulatları maraqla izləyib.

Sərginin keçirildiyi günlərdə müdafiə nazirinin Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz, Türkiyə Baş Qərargahının rəisi ordu generalı Necdet Özel, Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Hülusi Akar və başqaları ilə təkbətək görüşləri olub.

Görüşlərdə ölkələrimiz arasında müdafiə sahəsində mövcud vəziyyət, hərbi, hərbi-texniki və hərbi təhsil istiqamətlərində ikitərəfli əməkdaşlığın müxtəlif aspektləri, xüsusilə mayın 12-dən 16-dək Azərbaycanda keçiriləcək Azərbaycan-Türkiyə Quru Qoşunları bölmələrinin növbəti birgə taktiki təliminin icrası ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.


AzNews.az