Türkiyənin daha 3 bölgəsindən quş idxalına- Qadağa

6 May 2015 19:48 (UTC+04:00)


AzNews.az Dövlət Baytarlıq Nəzarəti Xidmətinin saytına istinadən xəbər verir ki, 6 may 2015-ci il tarixli 27/S-04 saylı yeni sərəncama əsasən, Türkiyənin daha üç bölgəsində - İnebol, Qaraböyük və Qastamonuda quş qripinin yayılması ilə əlaqədar həmin ərazilərdən diri quş, quş məhsullarının, eləcə də damazlıq yumurtaların idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib. Beləliklə, Türkiyənin müvəqqəti məhdudiyyət tətbiq edilən bölgələrin (Balikəsir, Kutahya, Bursa, İzmit, Bandırma, Çanaqqala, Berqama, Akhisar, Manisa, İnebol, Qaraböyük və Qastamonu) sayı 12-yə çatıb.

Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, ölkəmizin quş qripi xəstəliyindən qorunması üçün bütün zəruri tədbirlər görülür və hazırda quş qripi xəstəliyinə görə respublikamızda epizootik vəziyyət sabitdir.


AzNews.az