Qəribə oğurluq – Evlərinə getmək üçün atı qaçırdı

7 May 2015 15:34 (UTC+04:00)
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "People" nəşri yayıb.

Məlumata görə, Pekinin Van adlı sakini evlərinə getmək üçün sərxoş halda bir atı oğurlayıb.

Hadisə bazar günü qeydə alınıb. O, at zavodunun ərazisində olan tədbirdə xeyli spirtli içki içib. Çıxanda isə evə getmək üçün bir atı oğurlayaraq 3 saat ərzində 20 km məsafə qət edib.

O, atı evlərinin kandarında qoyaraq yatıb. Səhər duranda isə geri qaytarıb. Həmin vaxt zavodda atın oğurlanması barədə heç kəsin xəbəri olmayıb.

Vanın atla çəkilən fotosu "The Daily Mail" saytında yayılıb.

Çində bu olay böyük marağa səbəb olub.