Anar Yusifoğluya vəzifə verildi - İTV-də

8 May 2015 09:54 (UTC+04:00)
AZNEWS.AZ-a daxil olan məlumata görə, o, televiziyanın İctimai-siyasi proqramlar departamentinin direktoru təyin olunub.

Məsələ ilə bağlı Anar Yusifoğlu ilə əlaqə yaratmaq cəhdimiz baş tutmasa da, İTV-nin mətbuat xidmətindən faktı təsdiq ediblər.

Qeyd edək ki, Anar Yusifoğlu İTV yaranandan orada çalışıb, televiziyanın qurulmasında yaxından iştirak edib.

Lakin televiziya rəhbərliyi dəyişəndən sonra o, İTV-nin Analitik proqramlar departamentinin direktoru vəzifəsindən öz ərizəsi ilə işdən azad edilib.

Bu il yanvarın 6-da isə yenidən İTV-yə qayıdıb.