Yazıçının oğluna AzTV-də vəzifə verildi – Arif Alışanovdan daha iki dəyişiklik

8 May 2015 13:12 (UTC+04:00)
Televiziyadan AzNews.az-a daxil olan məlumata görə, qurumun rəhbəri, millət vəkili Arif Alışanov bu dəfə radionun strukturunda dəyişiklik edib. O, Rəhman Quluzadəni radionun proqram direktoru, Nurlan Budaqlını isə proqram direktorunun müavini təyin edib.

Qeyd edək ki, Nurlan Budaqlı tanınmış yazıçı Saday Budaqlının oğludur.

Xatırladaq ki, AzTV sədrinin Radio üzrə müavini Cavanşir Cahangirov mayın 5-də prezident İlham Əliyevin sərəncamı ilə işdən azad edilib. Ondan sonra televiziyada bir neçə nəfər işini itirib.