Britaniyada Mühafizəkarlar parlament seçkilərində qalib gəlir

8 May 2015 15:48 (UTC+04:00)

AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb.

Məlumata görə, indiyədək açıqlanan nəticələr güman etməyə imkan verir ki, Mühafizəkarlar partiyası parlamentdə ən böyük partiya olacaq və hökuməti formalaşdıra biləcək.

BBC-nin proqnozuna əsasən, Mühafizəkarlar 650 yerlik parlamentdə 329 yer qazanaraq heç kimlə koalisiyaya girmədən hökumət formalaşdıracaq.

Baş nazir David Kameron yekun nəticələri elan etməyin "çox erkən" olduğunu desə də, hökuməti formalaşdıracağına dair inamlı çıxış edib.

Mühafizəkarların əsas rəqibləri - Leyboristlər ikinci yerdə gəlir. BBC-nin sifarişilə keçirilən exit-poll-un nəticəsinə görə Partiya Şotlandiyada da SNP-ə (Şotlandiya Milli Partiyası) məğlub olub.

Proqnozlarda Leyboristlərin icmalar palatasında 233, son seçkilərdə Mühafizəkarlarla koalisiyaya girən Liberal Demokratların isə 8 yer qazandığı deyilir.
SNP-nin (Şotlandiya Milli Partiyası) 56 yer, Liberal Demokratların 10 yer, UKIP-in iki yer və Yaşıllarla digər partiyaların toplam 19 yer qazanacağı bildirilir.

Seçkilərdən əvvəl əsasən Mühafizəkarlarla Leyboristlər arasında kəskin rəqabətin olacağı proqnozlaşdırılırdı. Bu lövhədə "Yeni iş axtarışına kim düşəcək?" sualı verilir.
Ümumi seçkilərlə yanaşı 279 inzibati-ərazi vahidində bələdiyyə mandatı uğrunda səsvermə keçirilib. Eyni zamanda Londonda şəhər parlamenti ölkənin bir sıra şəhərlərində isə bələdiyyə rəisləri və ya merlər seçilib.

Partiyalar seçki haqda nə deyir?

Mühafizəkarlar Partiyası - Michael Gove: "Exit-poll düzgün çıxsa, bu, o deməkdir ki, Mühafizəkarlar bu seçkini açıq-aşkar udublar və Leyboristlər onu açıq-aşkar uduzublar".

Leyboristlər Partiyası - Ed Balls: "Exit-poll 10-ca yeri də səhv salsa, David Kameron çoxluq almayacaq.. Bu halda konstitusiyaya əsasən Müxalifət Lideri Baş nazir ola bilər".

Liberal Demokratlar - Paddy Ashdown: "Exit-poll nəticələri düzgündürsə ... bu proqramda gəlib hamının gözünün qabağında öz papağımı yeyərəm".

UKIP - Paul Nuttall: "İnanıram ki, partiya 2-dən çox yer qazanacaq".

SNP - Alex Salmond: "Bu gecə şir nəriltisi eşidiləcək - şotland şirinin nəriltisi, və bu şir elə nəriltiyəcək ki, heç bir hökumət onu saymazlığa sala bilməyəcək".

Yaşıllar Partiyası - Natalie Bennett: "Exit-poll nəticələrinə böyük ehtiyatla baxmaq lazımdır, amma partiya proqnozlaşdırılan iki yeri qazansa bu, böyük qələbə olar".