“Sabah Rusiya Ukraynada terakt törədəcək“

8 May 2015 23:54 (UTC+04:00)


Axar.az xəbər verir ki, bu iddia ilə Ukrayna Milli Təhlükəsizlik Şurası çıxış edib. "Rusiya hərbi parad adı altında işğal edilmiş ərazilərdə terror törətməyi planlaşdırır. Bu plan rus separatçıları tərəfindən həyata keçiriləcək. Bu provokasiyalar Minsk razılaşmasının dayandırılmasına və hərbi aktivliyin yenilənməsinə yönəldilib", - MTŞ-nın məlumatında qeyd edilib. MTŞ həmçinin yerli əhaliyə də xəbərdarlıq edib və real təhlükələrdən uzaq durmalarını məsləhət görüb.