Bakının mərkəzi yolları bağlanacaq- Sürücülərin diqqətinə

9 May 2015 14:45 (UTC+04:00)


Baş Dövlət Yol Polisi İdarəsindən AzNews.az-a verilən məlumata görə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Tour d’Azerbaidjan" beynəlxalq velosiped turunun 5-ci mərhələsinin keçirilməsi ilə əlaqədar 10.05.2015-ci il tarixdə paytaxtın Neftçilər, Zərifə Əliyeva, Parlament, Bülbül, İnşaatçılar prospektlərində, habelə Rəşid Behbudov, Əziz Əliyev, İstiqlaliyyət, Niyazi, Sona xanım Vəlixan, Lermontov, Teymur Elçin, Mehdi Hüseyn, Hüseyn Cavid, Abbasqulu ağa Bakıxanov, Səməd Vurğun, Şəmsi Bədəlbəyli, Üzeyir Hacıbəyov və Rixard Zorge küçələrində nəqliyyat vasitələrinin hərəkəti saat 10:30-dan 14:30-dək fasilələrlə məhdudlaşdırılacaq.


AzNews.az