İlham Əliyev ailə üzvləri ilə birlikdə Gül bayramında- FOTOLAR

10 May 2015 11:55 (UTC+04:00)


AzNews.az xəbər verir ki, prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Gül bayramında iştirak ediblər.

Bakı Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi Gül bayramda çiçəklərdən, yarpaqlardan və bitkilərdən rəngarəng kompozisiyalar hazırlanıb.
Burada rəngbərəng güllərdən hörülən, yazın gəlişinə həsr olunan kompozisiyalar nümayiş etdirilir.

Dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva parka toplaşan uşaqlarla xatirə şəkilləri çəkdiriblər.