Bakı-Sumqayıt dəmir yolu bu tarixdə açılacaq

10 May 2015 12:24 (UTC+04:00)

AzNews.az "Report"a istinadən xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov jurnalistlərə deyib.

Onun sözlərinə görə, Bakı sərnişin vağzalında və Sumqayıta gedən dairəvi yolda təmir işləri gedir: "Yeni platformalar tikilir və turniketlər qurulur. İşlər nəzərdə tutulduğu vaxtda yekunlaşsa iki mərtəbəli qatarlar gətiriləcək. Olmasa, içərisində kondisioner, Wİ-Fİ, sanitar qovşağı olan digər qatarlar gətiriləcək".

O qeyd edib ki, Avropa Oyunlarına hazırlıq çərçivəsində görüləcək işlər sırasında "Koroğlu" metro stansiyası arasında qatarların xəttə buraxılması da gözlənilir.