Bakıda möhtəşəm konsert: İşın Karaca, Aygün, Röya... (Fotolar)

10 May 2015 12:55 (UTC+04:00)
AzNews.az xəbər verir ki, rayon İcra Hakimiyyəti rəhbərliyinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin, ağsaqqallar və ziyalıların, şəhər sakinlərinin və qonaqların qatıldığı konsertdə tamaşaçılara tanınmış incəsənət ustalarının, muğam ifaçılarının və rəqs kollektivlərinin ifasında rəngarəng konsert proqramı təqdim edilib.

Konsertə türkiyəli müğənni İşın Karaca, xalq artisti Aygün Kazımova, Röya Ayxan iştirak edib.

Gecəyədək davam edən konsert proqramı onu böyük coşqu və maraqla izləyən sakinlərdə və şəhərimizin qonaqlarında zəngin təəssüratlar yaradıb.
Sonda ənənəvi olaraq möhtəşəm atəşfəşanlıq olub.