İlham Əliyev və ailəsi Heydər Əliyevlə bağlı tədbirdə

10 May 2015 20:58 (UTC+04:00)

Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.

Dövlət başçısı mərasimdə nitq söyləyib. Sonra Heydər Əliyev Mükafatının təqdimetmə mərasimi olub.

Əvvəlcə Azərbaycanın xalq rəssamı Tahir Salahovun Heydər Əliyev Mükafatı ilə təltif olunması haqqında Azərbaycan prezidentinin sərəncamı oxunub. Prezident İlham Əliyev mükafatı Tahir Salahova təqdim edib.

Sonra Heydər Əliyevin fəaliyyətinə həsr edilən videoçarx nümayiş etdirilib.

Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş "Qızıl çinar" beynəlxalq mükafatının 2015-ci il qalibləri elan olunub.

Mehriban Əliyeva tanınmış incəsənət eksperti Erve Mikaelofa və muğam sənətinin görkəmli nümayəndəsi Ağaxan Abdullayevə "Qızıl çinar" beynəlxalq mükafatlarını təqdim edib.

Təntənəli mərasim bədii hissə ilə davam edib (AZƏRTAC).