İcra başçısının oğlu həbs edildi – 5 il 6 ay

12 May 2015 12:00 (UTC+04:00)
AzNews.az xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə İ.Əsgərli barəsində 5 il 6 ay həbs qətimkan tədbiri seçilib.

Hadisədə təqsirli bilinən digər şəxs Süleyman Əhlimanov isə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Onlar zamində olduqları üçün məhkəmə zalında həbs ediliblər.

Qeyd edək ki, hadisə 2014-cü il sentyabrın 27-də baş verib. 17 yaşlı İlham Əsgərlinin idarə etdiyi 90 AR 819 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil "Howo" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində "Mercedes"də olan 16 yaşlı Sənan Mirzəyev dünyasını dəyişib. Məlumat üçün bildirək ki, qəzada dünyasını dəyişən S.Mirzəyev "MCDonalds"ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu olub.