Avropa oyunlarına həsr olunmuş – Yeni veriliş

12 May 2015 15:02 (UTC+04:00)

İTV-dən AzNews.az-a verilən məlumata görə, yeni veriliş "Tok-şou Bakı 2015" adı ilə yayımlanacaq. Verilişin ilk buraxılışı artıq hazırdır. Hər buraxılışına müxtəlif idman federasiyalarının rəhbərlərinin, nümayəndələrinin və idmançıların qatılacağı layihə mayın 13-ü, 21:35-də efirə gedəcək.

Avropa Oyunları ilə bağlı olan verilişin ilk qonaqları Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov, baş məşqçisi Mariana Vasiliva, ikiqat Azərbaycan çempionu, Avropa 3-cüsü Marina Durunqa və başqa idmançılar olacaq.

Verilişin aparıcıları Pərviz Abubəkirov və Şəfiqə Muradqızıdır.