Azərbaycanlı müğənni öldürüldü- Moskvada

12 May 2015 21:03 (UTC+04:00)


AzNews.az lent.az-a istinadən xəbər verir ki, Rusiya paytaxtında yaşayan Xocavənd sakini, 35 yaşlı Rəhimov Xəlil Bahadur oğlu naməlum şəxs tərəfindən qətlə yetirilib.

Moskvada müğənniliklə məşğul olan həmyerlimizin mübahisə zəminində öldürüldüyü bildirilir.

Faktla bağlı Moskvanın hüquq-mühafizə orqanları araşdırmalar aparır.