54 yaşlı qadını maşın vurdu

12 May 2015 21:37 (UTC+04:00)


Trend Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, hadisə axşam saat 20:00 radələrində Gəncə-Göygöl yolunun 1-ci km-də - Kəlbəcər Mərkəzi Rayon Xəstəxanasının qarşısında qeydə alınıb.

Yolu keçmək istəyən piyada – Göygöl rayon sakini 54 yaşlı Əfruz İspəndiyarova avtomobil tərəfindən vurulub. Yaralı dərhal qəzanı törədən sürücü tərəfindən Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Ona kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.