“Barselona“ Çempionlar Liqasının finalına çıxdı - VİDEO

13 May 2015 02:22 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Almaniyada yerli "Bavariya" İspaniyanın "Barselona" klubunu qəbul edib.

Oyunda ilk qolu Mehdi Benatiya 7-ci dəqiqədə vurub: 1-0. Neymarın 15-ci və 29-cu dəqiqələrdə vurduğu iki qoldan sonra isə meydan sahibləri məyus olub: 1-2. Ancaq oyunun sonunda qələbəni almanlar qazanıb.

Robert Levandovskinin (59) və Tomas Müllerin (74) vurduqları qollarla "Bavariya" 3-2 hesabı ilə önə keçib. Finala adlayan komanda isə kataloniyalılar olub. Çünki bu klub öz meydanında 3-0 qələbə qazanmışdı.

12 may
Çempionlar Liqası, yarımfinalın cavab oyunu
23:45. "Bavariya" (Almaniya) - "Barselona" (İspaniya) 3:2
(İlk oyun - 0:3)