Hacı İbrahimin 100 milyardlıq layihəsinin işçiləri: “Maaşımızı vermirlər”

13 May 2015 16:21 (UTC+04:00)

Məlumata görə, bu layihədə çalışanlar artıq 3 aydır ki, maaşlarını ala bilmirlər.

AzNews.az-a daxil olan məlumata görə, onlar maaşlarının verilməsi üçün rəhbərliyə bu həftənin sonunadək vaxt veriblər: "Əks halda başqa tədbirlərə əl atacağıq".

Qeyd edək ki, bu gün "Avesta" konserninin rəhbəri Hacı İbrahim Nehrəmlinin və ona yaxın olan 2 şəxsin həbs oluması ilə bağlı xəbər yayılıb. Nehrəmlinin hazırda "Bandotdel"də olduğu və ifadə verdiyi bildirilir.

N.Etibar