Avropa Oyunlarının himni yazıldı

13 May 2015 20:09 (UTC+04:00)


Mahnı və himnin sözləri polkovnik Abdulla Qurbaninin, musiqisi gənc bəstəkar Nigar Qarayevanındır.

Səsyazma evindən AZƏRTAC-a bildirilib ki, "Zəfər nəğməsi"nin ifaçısı Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində musiqi kollektivlərinin bədii rəhbəri və səsyazma evinin direktoru, vokalçı Ramil Qasımov, "İlk Avropa Oyunları himni"nin ifaçıları isə Mirələm Mirələmov, Kamilə Nəbiyeva, Ayşən Mehdiyeva, Günay İmamverdiyeva, Orxan Hüseynli, Sərxan Bünyadzadədir.

Həmçinin bəstəkarlar Eldar Mansurov və Azad Zahidin şair Vahid Əzizin sözlərinə yazdıqları Avropa Oyunlarına həsr edilən iki yeni musiqi əsəri də tezliklə tamaşaçılara təqdim olunacaq.