“Real” baş məşqçisiz qaldı

13 May 2015 20:28 (UTC+04:00)


Apasport.az saytının məlumatına görə, buna səbəb italiyalı mütəxəssisin hakimlərə qarşı qeyri-etik hərəkəti olub.

İspaniya La Liqasının XXXVI turu çərviçəsində "Valensiya" ilə bərabərə (2:2) bitən qarşılaşmadan sonra baş hakim Karlos Klos Qomesə yaxınlaşan Ançelotti onu dayanmadan alqışlayıb və ardından sərt ifadələrlə etirazını bildirib.

Yerli Nizam-İntizam Komitəsi bu hərəkətinə görə Ançelottini 2 oyunluq cəzalandırıb. Bu isə o deməkdi ki, baş məşqçi La Liqanın son iki turunda "Espanyol" və "Xetafe" ilə matçları tribunadan izləməli olacaq və komandasına göstəriş verə bilməyəcək.