“28 May“ metrosunun qarşısında özünü yandırmaq istədi

14 May 2015 11:24 (UTC+04:00)

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, Masallı sakini, 1961-ci il təvəllüdlü Fərzullayev Maarif Eynulla oğlu "28 May" metrostansiyasının qarşısında 102 xidmətinə zəng edərək yaşayış şəraitinin pis olması səbəbindən həyatdan bezərək özünü yandırmaq istədiyini bildirib. M.Fərzullayev 22-ci Polis Bölməsinin əməkdaşları tərəfindən bölməyə aparılıb.

Araşdırma aparılır.