Bakı aeroportunda silahlı şəxs

14 May 2015 13:00 (UTC+04:00)

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərlinin ANS PRESS-ə verdiyi məlumata görə, Azərbaycan Respublikasının vətəndaşı Vaqif Saleh oğlu İsmayılovun üzərində yoxlama aparılıb.

Yoxlama işləri Aviasiya Təhlükəsizliyi İdarəsinin əməkdaşları tərəfindən Ukraynaya gedəcək təyyarəyə minik başlarkən keçirilib.

Yoxlanış zamanı Vaqif İsmayılovun üzərindən "Makarov" tipli tapança tapılıb. Saxlanılan şəxsin üzərindən tapança ilə yanaşı, 1 ədəd daraq və 6 ədəd döyüş patronun aşkar edilərək götürülüb.

Saxlanılan şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.