Nizami Piriyevə 3 ay 27 gün - Həbs

14 May 2015 14:09 (UTC+04:00)

Bu barədə AzNews.az-a Nərimanov Rayon məhkəməsindən məlumat verilib. Məlumata görə, N.Piriyev barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə cinayət işi başlanılıb. Bu cinayət işi çərçivəsində Nərimanov rayon Məhkəməsi tərəfindən "PNN Group" şirkətinin təsisçisi Nizami Piriyev barəsində 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, iş adamı banklardan külli miqdarda vəsait kredit götürməkdə və geri qaytarmamaqda ittiham olunur.