“Bakı“ klubunun avtobusu qəzaya düşdü

14 May 2015 15:46 (UTC+04:00)

AzNews.az xəbər verir ki, qəza Şamaxı rayonu ərazisində qeydə alınıb.

Bu faktı "Bakı"nın vitse-prezidenti Yaşar Seyidov təsdiq edib.

Onun sözlərinə görə, futbolçulardan heç kim xəsarət almayıb.

Qəzadan sonra idmançılar başqa maşınlarla Zaqatalaya yola salınıb.