İlham Əliyev Azərbaycan-Vyetnam biznes forumunda iştirak etdi

14 May 2015 21:19 (UTC+04:00)


APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev və Vyetnam prezidenti Çıonq Tan Şanq biznes forumda iştirak ediblər.

Dövlət başçıları forumda çıxış ediblər.

Biznes forumda Azərbaycandan və Vyetnamda rəsmi şəxslərlə yanaşı, neft-qaz, enerji, tikinti, İKT, maliyyə və bank, kənd təsərrüfatı, sənaye, ticarət, xidmət, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrdə fəaliyyət göstərən 170-ə yaxın iş adamı iştirak edib.

Tədbir çərçivəsində Azərbaycan və Vyetnam iş adamları arasında ikitərəfli görüşlər keçirilib.