Blüz ustası BB King vəfat etdi

15 May 2015 14:29 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı sənətçinin mətbuat katibinə istinadən yayıb.

Məlumata görə, müsiqiçi diabetlə bağlı xəstəliyə görə xəstəxanada müalicə olunurdu.
1957-ci ildə BB King ilk "Singin The Blues" albomunu buraxıb.

Bundan sonra onun uğurlu yaradıcılığı öz əksini 40-dək albomda tapıb.


Ancaq son illər BB King böyük konsertlərlə çıxış etməyib. Onun sonuncu turu 2006-cı ildə baş tutub.

2011-ci ildə "Rolling Stone" jurnalının reytinqində BB King tarixdə ən yaxşı gitaraçılar arasında 6-cı yeri tutub.