BDU-nun qarşısındakı yol açılır - VİDEO+ FOTOLAR

15 May 2015 17:40 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu haqda məlumat "Azəryolservis" ASC-nin saytında yer alıb.

Məlumata görə, artıq küçənin Hüseyn cavid prospekti ilə kəsişməsindən Mətbuat prospektinin kəsişməsinədək olan 517 metrlik hissəsində asfalt-beton örtüyünün son qatı salınır. İşlərin tam olaraq sabah yekunlaşması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda texnika və canlı qüvvə səfərbər olunub.

Eni 13.4 metr olan küçənin sözügedən hissəsində 2110 kvadrat metr sahə əsaslı, 4918 kvadrat metr sahə isə orta təmir olunub. 8+7 santimetr olmaqla 2110 kvadrat metr sahəyə alt asfalt qatı, ortalama 5 santimetr olmaqla 6928 kvadrat metr sahəyə isə üst asfalt qatı döşənib.Bundan başqa ərazidə səth sularının normal axıdılması üçün yağış-kanalizasiya sistemi qurulub, zəruri olan yerlərdə yağış barmaqlıqları yerləşdirilib, 420 paqon-metr səki daşı yenilənib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, 11 baxış qapağı dəyişdirilib.

Anoloji işlər küçənin İnşaatçılar prospekti ilə kəsişməsindən Hüseyn cavid prospektinin kəsişməsinədək olan təqribən 300 metrlik hissəsində də aparılır. Eni 10 metr olan küçənin sözügedən hissəsində təqribən 1 min kvadrat metrlik hissəsində əsaslı, qalan 2 min kvadrat metrlik hissədə isə orta təmir işləri həyata keçirilir, yol boyu 300 paqon-metr səki daşı yenilənib. Bundan başqa ərazidə komunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları dəyişdiriləcək, yağış barmaqlıqları yerləşdiriləcək. İşlər tərtib olunmuş qrafik əsasında həyata keçirilir və vaxtında yekunlaşdırılması üçün lazım olan sayda texnika və canlı qüvvə səfərbər olunub.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC təmir-tikinti işləri ilə əlaqədar yaranan müvəqqəti narahatçılığa görə üzr istəyir və sürücüləri aparılan işlərə anlayışla yanaşmağa çağırır.