Bakıda ev yandı

16 May 2015 08:58 (UTC+04:00)

AzNews.az FHN-in saytına istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 792 kv.m olan ikimərtəbəli mansard tipli 7 otaqlı evin 1-ci mərtəbəsində ev əşyaları 5 kv.m sahədə, 2-ci mərtəbədə ev əşyaları 18 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.