1,2 milyard manat kreditin ödəmə vaxtı keçib – Rəsmi

16 May 2015 12:14 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda məlumat Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin saytında yer alıb.

Məlumata görə, verilmiş kreditlərin həcmi 2014-cü il aprel ayının 1-i ilə müqayisədə 29,8 faiz artıb, onun 77,8 faizi və ya 16,0 milyard manatı uzunmüddətli olub.

Kreditlərin 1,2 milyard manatının, yaxud 5,9 faizinin ödəmə vaxtı keçib.